Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalistə MEDİA-da vəzifə verildi - Foto

Hadisə

16 Aprel 2021 14:03 922


ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

Yenisabah.az-ın məlumatına görə, R. Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub. Pepperoni pizza

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb. (Modern.az)

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, “Space” və “Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!