Tanınmış modeldən ağlasığmaz hərəkət - Sevgilisinin bir sözü ilə...

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış modeldən ağlasığmaz hərəkət - Sevgilisinin bir sözü ilə...

Şou

11 Sentyabr 2024 16:46 373


Əcnəbi model Tereziya Fişer keçmiş sevgilisinin istəyi ilə boy uzatma əməliyyatı keçirib. Keçmiş sevgilisi Tomas Behrend Tereziyaya “Uzun boylu olmasan, səni sevməyəcəyəm” deməsi onun əməliyyat olunmasına səbəb olub. 

Yenisabah.az xəbər verir ki, Tereziya cəmi 128 min funt-sterlinqə başa gələn bir sıra ağrılı əməliyyatlar keçirib. Bu əməliyyatlarda ayaq sümükləri kəsilərək metal çubuqlarla təchiz edilib. Nəticədə o, boyunu 1,70 metrdən 1,84 metrə yüksəldib.

2016-cı ildə başlayan əməliyyatlar 2022-ci ilə qədər davam edib. Hər əməliyyatla ayaq sümükləri bir az daha uzanan modelin bədənindən iyun ayında böyüməyə təkan verən metal çubuqlar çıxarılıb. pizza sifarişi

Tereziya indi keçmiş sevgilisindən ayrılıb və yeni partnyoru Stefanla xoşbəxtdir. 

Qeyd edək ki, model keçən həftə Hamburqda keçirilən qalada yeni uzun ayaqlarını nümayiş etdirib. O, boyunun üstünlüklərindən danışarkən yeni partnyorunun bundan xüsusilə razı qaldığını vurğulayıb. Tereziya artıq keçmiş sevgilisinin istəklərindən azad olduğunu və öz həyatını yaşadığını bildirir. O, gələcəkdə modellik karyerasını davam etdirməyi və ailə həyatı qurmağı planlaşdırır. 

Aytac Şahin 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!