Tanınmış müəllim sirləri açdı : “Sonu mənim üçün yaxşı olmasa da deməliyəm...”

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müəllim sirləri açdı : “Sonu mənim üçün yaxşı olmasa da deməliyəm...”

Sosial

18 Sentyabr 2025 10:27 37224


“Müəllimi olduğum Füzuli rayon Qayıdış qəsəbə 7 saylı tam orta məktəbdə aprel ayından işıq yanmır. Transformator yanıb. Təqdimat yazmadığımız qurum qalmayıb. Dərsliklər çatışmır, məktəb qəzalı vəziyyətdədir. Nazirlik üzərinə düşən işlərin birini də yerinə yetirmir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış müəllim, şair Mirmehdi İbişov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Füzuli rayon,  Qayıdış qəsəbəsi 7 saylı tam orta məktəbində dərs deyən Mirmehdi bəy giley-güzarına belə davam edib:

“Bir dəfə də olsun əlinə jurnal alıb sinifə girməyənlər təhsildən danışır. Nazirimiz problemlərdən elə danışır, elə bil, heç bu məsələlərə dəxli yoxdur. Hamı bir-birini aldadır. İki övladım bu məktəbdə təhsil alır. Havalar soyuyur. İstilik sistemimiz elektriklədir. Uşaqlarımı hava soyuyan kimi məktəbə qoymayacağam. Dərslik yoxdur, PDF göndərirlər ki, çıxarın və bununla keçinin. Dördpendirli pizza

Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər? O boyda nazirlikdən bir nəfər çap olunmuş dərsliklərə baxmır. Dərsliklərdə elə səhvlər var ki, adam xəcalət çəkir. Baş qarışıb qrant müsabiqələrinə – “molla aşı görüb, Quran yaddan çıxıb”.

Adamın brifinqdə danışdıqları birbaşa məhkəmə predmetidir. Yazmaq məcburiyyətindəyəm, sonu mənim üçün yaxşı olmasa da”.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!