Tanınmış müğənni boşandı

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müğənni boşandı

Şou

25 Yanvar 2025 23:43 445


Türkiyəli müğənni Gökhan Özoğuz boşanıb.

Yenisabah.az xəbər verir ki, ifaçı 13 illik həyat yoldaşı Melis Ülken ilə rəsmi şəkildə ayrılıb. 

Qeyd edək ki, Gökhan 2012-ci ildə Melis ilə evlənib. Onların Ayşe, Leyla və Ali adlı 3 övladı var. Gökhan tamaşaçılara "O səs Türkiyə" layihəsindən tanışdır. O, şouda münsiflərdən biri olub. pizza

Müğənni Türkiyəni 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində "For real" mahnısı ilə təmsil edib. O, şouda 195 xalla dördüncü olub. Bu o vaxta qədər Türkiyənin yarışma tarixində topladığı ən yüksək xal olub.

Gökhan son olaraq aktyor kimi "Kırmızı oda" serialında rol alıb./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!