Tanınmış müğənni şou verilişi aparacaq - Video

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müğənni şou verilişi aparacaq - Video

Şou

17 Aprel 2021 21:22 1099


İzzət Bağırov yeni layihəyə başlayır. Belə ki, aprelin 23-də ifaçının yeni verilişi nümayiş olunacaq. MTV-də yayımlanan veriliş “İzzət Şou” adlanır. 

Yenisabah.az xəbər verir ki, İzzət Bağırov bildirib ki, yeni layihəsi maraqlı bir şou üzərində qurulub:

“Bu veriliş hər həftənin cümə günləri saat 21:00-dan,  23:00-a qədər nümayiş olunacaq. Verilişin formatı əyləncəli şou üslubunda hazırlanıb. Burada canlı orkestr, ansambl ifaçıları müşaiyət edəcək. Artıq ilk verilişi çəkmişik, Allahın köməkliyi ilə Aprelin 23-də MTV–nin efirində ilk verilişimiz nümayiş  olunacaq. Verilişin qonaqları isə xalq artisti Röya Ayxanla tanınmış aktyor, aparıcı  Fərda Xudaverdiyev olacaq. Veriliş üçün gözəl pavilyon hazırlatdıq. Məlumat üçün bildirim ki,  2 aydır həmin pavilyonun hazırlanması üçün zaman sərf olunub”.  pizza hut

Qeyd edək ki, bu televiziya layihəsi ifaçının ilk aparıcılıq təcrübəsi deyil, bundan bir neçə il öncə İzzət Bağırov 4 il ATV  telekanalında “ATV şou” verilişinin aparıcısı olub.

/Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!