Tanınmış musiqiçinin sirli ölümü - Qalmaqallı peyvənd yenidən gündəmdə

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış musiqiçinin sirli ölümü - Qalmaqallı peyvənd yenidən gündəmdə

Dünya

27 İyun 2021 13:34 1342


İngiltərədə istehsal olunan və əsasən bu ölkədə istifadə edilən COVİD-19 peyvəndi “AstraZeneca” ölüm və yan təsirləri ilə bağlı bir daha gündəmə gəlib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, Zion kimi tanınan rok musiqiçisi “AstraZeneca” peyvəndi vurdurduqdan iki həftə sonra beyin qanamasından ölüb.

İlkin hesabata görə, ölümə peyvəndin səbəb ola biləcəyi iddia edilib. pizza sifarişi

Peyvənddən sonra ağır baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 48 yaşlı müğənninin ölümü ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, Cənubi Kiprdə yaşayan 39 yaşlı ingilis model Stepania Dubois ötən günlərdə “AstraZeneca” peyvəndi vurdurduqdan sonra həyatını itirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!