Tanınmış müxbir döyüldü, xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış müxbir döyüldü, xəstəxanalıq oldu

İdman

29 Oktyabr 2024 10:38 892


Futbol matçından sonra tanınmış müxbir döyülüb.

Yenisabah..az söz.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş tutan “Galatasaray”-“Beşiktaş” oyunu bitdikdən sonra baş verib. 

Superliqanın 10-cu həftəsində "Qalatasaray" öz meydanında "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub edib. Sezar pizza

Matçdan sonra "Beşiktaş"ın vitse-prezidenti Hüseyn Yücel və Futbol Şöbəsinin müdiri Feyyaz Uçar mətbuata açıqlamalar verib. Daha sonra isə stadiondan kənarda sözügedən arzuolunmaz hadisə yaşanıb.

“Qalatasaray”ı izləyən müxbir Emre Kaplan “Beşiktaş”ın menecerləri ilə birlikdə stadionu tərk edən şəxs tərəfindən döyülüb.

Bildirilib ki, təcili yardımla xəstəxanaya çatdırılan Kaplanın burnundan və yanağından yumruq zərbəsi aldığı  bəlli olub. Emre Kaplan ona qarşı şiddət göstərən şəxsdən polisə şikayət edib. 

Hadisəni törədən şəxsin saxlanılacağı bildirilib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!