Tanınmış oftalmoloqla bağlı şikayət: Cinayət işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış oftalmoloqla bağlı şikayət: Cinayət işinə xitam verildi

Sosial

28 Noyabr 2025 11:01 545


Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, buna səbəb onların arasında barışıq əldə edilməsi olub.

Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir. Dominos pizza

İyul ayında Humay Əliyevanın “Caspian İnternational Hospital”da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov müvəkkilinin cinayət məsuliyyətinə cəlb olunmadığını, yalnız fakt üzrə cinayət işi açıldığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!