Tanınmış rəssam vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış rəssam vəfat etdi

Sosial

22 Noyabr 2025 09:36 462


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Bədii keramika, şüşə və metal" kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rəssamlıq Akademiyası məlumat yayıb.

Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb. pizza hut

1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən "Dünyanın ən görkəmli 200 rəssamının sərgisi"ndə yer alıb.

UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!