Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı ŞOK İDDİA   - Video

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı ŞOK İDDİA - Video

İdman

22 Aprel 2023 22:03 1734


Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya "Torino"suna keçidi ilə bağlı yayılan xəbərlər idi. 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi. 

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir:  Marqarita pizza

"Əlbəttə, hər birimiz futbolçularımızın legioner həyatı yaşamağını çox istəyirik. Milli komandamızın inkişafı baxımından bu, çox vacibdir. Musa ölkə futbolunun gələcəyi naminə önəmli fiqurdur. Onun mövqe seçimi, fiziki mübarizliyi, qolu hiss etmə bacarığı çox diqqət çəkir. Hazırda skoutların onu izləməsi heç də təəccüb doğurmamalıdır. 

Əldə etdiyimiz özəl xəbəri diqqətinizə çatdırım. Musa Qurbanlı gələn mövsüm Türkiyə Super Liqa təmsilçilərindən birinin formasını geyə bilər. Çünki bir neçə klubun diqqət mərkəzindədir". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!