Tanınmış vəkil: “Polis şöbəsində zorakılığa məruz qaldım“

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış vəkil: “Polis şöbəsində zorakılığa məruz qaldım“

Maraqlı

03 İyun 2022 14:05 1004


Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a vəkilin özü məlumat verib.

O qeyd edib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb: Toyuqlu pizza

"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartdılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!