Tolik Azərbaycandan necə çıxıb? - “Təyyarə dolu idi...”

saytların hazırlanması

Evə çatdırılma

Tolik Azərbaycandan necə çıxıb? - “Təyyarə dolu idi...”

Şou

29 İyul 2020 15:11 6178


Xəbər verdiyimiz kimi, tanınmış teleaparıcı və prodüser Tarix Əliyev bir müddət əvvəl Türkiyəyə gedib. Onun karantin dövründə bu addımı birmənalı qarşılanmayıb.

Bu barədə Yenisabah.az-a danışan prodüser karantin qaydalarını pozmadan qardaş ölkəyə getdiyini deyib:

“İstanbuldan dünən gəlmişəm. Mən heç bir karantin qaydasını pozmamışam. Bütün Azərbaycan vətəndaşları kimi mənim də Azərbaycandan çıxmaq hüququm var idi. Buna görə də TƏBİB-in qoyduğu qanun var idi – biz COVİD-19 üçün bəlli olan üç laboratoriyadan keçməli idik. Onlayn biletimi alıb, analizimi verdikdən 48 saat sonra ölkədən çıxmışam. Həm də ölkədən tək mən çıxmamışam, həmin gün mən getdiyim təyyarə demək olar ki, dolu idi. Sadəcə, mən tez getdiyimə görə bəzi insanlar elə bilirdi ki, mən nə iləsə, qaydaları pozub getmişəm. İyulun 5-də “Azərbaycan Hava Yolları” öz uçuşlarını açdı, mən tez gedənlərdən oldum deyə, ayın 7-i getdim. Bunun da səbəbi mənim İstanbulda olan sənət işim idi. Həmin işi gömək üçün yanvar ayından gedirdim. Yanvarda gedə bilmədim çünki verilişim var idi, sonra verilişim bağlandı, pandemiya dövrü, sərt karantin rejimi başladı və bütün ölkələrdə uçuşlar bağlı olduğuna görə gedə bilmədim. Amma uçuşlar başladıqdan sonra getdim, mən heç bir qanunu pozmamışam, məndən sonra da nə qədər tanınmışlar, adi vətəndaşlar Türkiyəyə getdi, bu normal bir şeydir”. Pepperoni pizza

Tolik Türkiyədə olan karantin rejimi barədə də müşahidələrindən danışıb:

“Orada karantin tam başqa cürdür. Mən orada olan müddətdə restoran və kafelər saat 12-ə qədər işləyirdi, amma hazırda bütün Türkiyə üzrə restoranlar istədiyi vaxta qədər işləyə bilirlər. İnsanlar yalnız restoranlarda maska taxmırlar. Konsertlər keçirilir, Bodrumda bir sıra konsertlərin keçirildiyini özüm gördüm . Təbii ki, orada da insanlar maska ilə gəzmirdi. Amma Türkiyədə bütün marketlərdə, “mall”larda, hətta adi kiçik dükanda belə maska taxmaq vacibdir, Azca maskanı aşağı edəndə tez yaxınlaşırlar ki, maskanızı taxın. Və maskasız gəzməyin cəriməsi də çox yüksəkdir – ilk dəfə 900 TL, ikinci dəfə isə 3000 TL-dir. Orada artıq demək olar ki, sosial məsafə qorunmur, marketlərdə insanlar bir-birinə yaxın olur. Təyyarədə qayıdanda da xəbərdarlıq edilir ki, sosial məsafəni qoruyun”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!