Tanışı itələyib yıxdı - Xəstəxanada öldü 

saytların hazırlanması

Evə çatdırılma

Tanışı itələyib yıxdı - Xəstəxanada öldü 

Hadisə

19 İyul 2024 16:51 846


Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  Dördpendirli pizza

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!