Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP boru kəmərinin tikintisi yekunlaşıb.
Yenisabah.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, tikinti işlərinə başlanılmasından təxminən 4 ilyarım sonra TAP boru kəməri əsaslı şəkildə tamamlanıb. TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub.
TAP hazırda ticari əməliyyatların başlanması və ISO-lara uyğun olaraq bazara potensial təklif edilməsi üçün hazırlıq işlərini yekunlaşdırır. TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki “Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir. pizza
Telegram kanalımız