Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətini dəyişmədi

saytların hazırlanması

Evə çatdırılma

Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətini dəyişmədi

İqtisadiyyat

26 İyul 2022 18:42 2099


Tarif (qiymət) Şurası bu gün keçirilən növbəti iclasında Azərbaycanda “AI-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Məlumatda qeyd olunur: "İclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir". Dördpendirli pizza

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılıb və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış qiyməti müvafiq olaraq 1 litr üçün 1 manatr və 0,80 manat səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.

Azərbaycanda "AI-92" markalı avtomobil benzini və dizel yanacağı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    TARİF YOX XALQIN CİBİNİ SOYAN, QİYMƏT QALDIRAN şura. Qeyri aşkar şura
    4 years ago