Tarif Şurası qiymətlərlə bağlı yeni qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Tarif Şurası qiymətlərlə bağlı yeni qərar qəbul etdi

Sosial

30 İyun 2025 16:23 51221


Tarif (qiymət) Şurasının 30 iyun 2025-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.

Yenisabah.az  xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının "Dərman vasitələri" bölməsində  yerləşdirilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Maxbub
    Sözə qulaq asan yoxdur. İlk növbədə deputatların rəsmi gəlirlərini səksən faiz azaltmaq lazımdır, onda bilərlər ki, xalq necə "yaxşı" yaşayır. Axı onlar "xalq üçün çalışırlar". İnanın ki, bir həngamə başlar ki, deputatlar gecə də, evə getməzlər...
    11 months ago