Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az noyabrın 23-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:
1919 - Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb. pizza
1929 - Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verib.
1980 - İtaliyanın cənubunda baş verən 6,9 ballıq zəlzələ nəticəsində 5000-ə qədər insan həlak oldu, 250 min nəfər evsiz qalıb.
1987 - BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürüb.
1996 - Terrorçuların qaçırdığı Efiopiya Hava Yollarına məxsus Boeing-767 təyyarəsinin (şəkildə) Hind okeanına düşməsi nəticəsində təyyarədəki 175 nəfərdən 125-i həlak olub.
2009 - Filippində törədilən və Maqindanao qətliamı adını alan hadisədə 34-ü jurnalist olmaqla, 58 nəfər vəhşicəsinə qətlə yetirilib.
Telegram kanalımız