“Heç vaxt və heç yerdə qadınlar hər hansı hüquqa özləri nail olmayıblar. Yoxsa qadın inqilabları olub - xəbərimiz yoxdur?”
“Yeni Sabah” xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O, bildirib ki, qadınlara hüquqları kişilər verib: “Tarixən qadın qula bərabər olub. Sonradan tədricən ona şəxsi azadlıq, mülkiyyət hüququ, seçki hüququ və s. veriblər. Düz də ediblər!
Amma hər şeyin həddi var! Kapitalizmin əsas amalı gəlir olduğu üçün bəzi kişilər "feminizm" kimi axmaq ideologiyadan və "gender bərabərliyi" kimi mənası belə aydın olmayan prinsipdən istifadə edərək qadın bədənini mənfəət naminə istismar edirlər ("harassment" qalmaqallarını yada salın). Marqarita pizza
Buna görə də qadınlara əxlaqsızlıq hüququnu da vermək istəyirlər. Tarixi bilərək, ilk növbədə belə hüququ əldə etmək istəyənlərə qarşı deyil, onu vermək istəyənlərə qarşı mübarizə aparmalıyıq”.
Telegram kanalımız