Nazirlik İcra Hakimiyyəti ilə birgə açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik İcra Hakimiyyəti ilə birgə açıqlama yaydı

Hadisə

06 Noyabr 2020 10:39 875


Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, hazırda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunmuş, ərazi nəzarətə götürülmüşdür. pizza mizza

Qərara alınmışdır ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlmaların keçirilsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!