Tarixi görüş: Türkiyə və Ermənistan nümayəndələri ilk dəfə üz-üzə gələcəklər

saytların hazırlanması

Evə çatdırılma

Tarixi görüş: Türkiyə və Ermənistan nümayəndələri ilk dəfə üz-üzə gələcəklər

Siyasət

07 Sentyabr 2025 12:19 261


Türkiyə və Ermənistan ilk dəfə iki ölkə nümayəndə heyətləri arasında görüş keçirməyə hazırlaşır.

Yenisabah.az xəbər verir ki, bu barədə NTV telekanalı diplomatik mənbələrə istinadla xəbər verir.

Görüşün gələn həftənin əvvəlində baş tutması planlaşdırılır. Bu çərçivədə Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin Alican sərhəd məntəqəsindən keçərək Ermənistana getməsi gözlənilir. Dördpendirli pizza

Görüş zamanı Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin normallaşdırılması üçün bəzi qərarların qəbul edilməsi və daha əvvəl qəbul edilmiş qərarların icrası müzakirə oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!