Tarixi oyunun topu 3 milyona satılacaq

saytların hazırlanması

Evə çatdırılma

Tarixi oyunun topu 3 milyona satılacaq

İdman

14 Oktyabr 2022 14:21 997


DÇ-1986-nın Argentina - İngiltərə tarixi oyununun topu açıq hərraca çıxarılacaq.

Yenisabah.az xəbər verir ki, 1/4 final mərhələsinin həmin qarşılaşmasında Argentina Dieqo Maradonanın qolları sayəsində rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Qollardan biri isə aradan 32 il keçməsinə baxmayaraq, unudulmur. Maradona hava mübarizəsi zamanı topu əllə İngiltərənin qapısından keçirmiş, sonra da bunu "Tanrının əli" adlandırmışdı.

Bu görüşün topu həmin matçın hakimi olmuş tunisli Əli Bin Nasser tərəfindən satışa çıxarılıb. Top noyabrın 16-da açıq hərrac yolu ilə satılacaq. Potensial alıcılar isə oktyabrın 28-dən təkliflərini irəli sürə biləcəklər. Topun 2,5 - 3 milyon funt-sterlinqə satılacağı gözlənilir. Marqarita pizza

Qeyd edək ki, Maradonanın həmin görüşdə geyindiyi forma isə bu ilin mayında 7.4 milyon sterlinqə satılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!