Ölüm insan üçün bu günə qədər hələ də sirri açılmayan bir məfhum kimi qalmaqdadır. Tarix boyu insan övladı neçə-neçə şəxsiyyətlərə şahidlik etsə də, həmin şəxslərin bir gün ölümün ağuşuna düşməsi və bundan qaça bilməməsi hamımıza məlumdur.
Lakin bu günə qədər dünyada qəribə ölümləri ilə tanınan insanlar da çoxluq təşkil edir.
Yenisabah.az anormal səbəblərdən dünyasını dəyişən 8 tarixi şəxsiyyətin siyahısını oxuculara təqdim edir: Sezar pizza
Hun imperatoru Atilla
Tarixin ən bədnam hökmdarlarından biri olan Atillanın ordusu eramızın 450-ci ildə kənd və şəhərləri dağıdaraq Monqolustandan tutmuş Rusiya sərhədinə qədər bütün Asiya qitəsini fəth etmişdi. Amma buna baxmayaraq, onun ölümü də çox qəribə olub.
İldiko adlı gənc bir qızla evlənən Atilla toy gecəsi burun qanamasından ölmüşdü. Belə ki, apardığı müharibələr və vəhşilikləri ilə şöhrət qazanmasına baxmayaraq, böyük ziyafətlərdə az içən Atilla toy gecəsi həddindən artıq yeyib-içmişdi. Deyilənə görə, o, həddindən artıq sərxoş olduğu üçün gecə boyu dayanmayan burun qanamasını hiss edə bilməyib. Nəticədə tarixin ən tanınmış hökmdarı öz qanında boğularaq otağında ölü tapılıb.
Tixo Braqe
16-cı əsrin ən mühüm astronomlarından biri, danimarkalı alim T. Braqeninn ölümü də çox qəribə bir hadisə ucbatından baş verib. Maraq üçün qeyd edək ki, T. Braqenin tədqiqatları İsaak Nyutonun cazibə nəzəriyyəsini kəşf etməsinə səbəb olub.
Alimin ölümünə gəldikə isə bunun səbəbi indiki dövr üçün çox anormal bir hal kimi qiymətləndirilir. Belə ki, o vaxtlar nahar bitməmiş ziyafət süfrəsini tərk etmək təhqir sayılırdı. Bundan başqa, Braqe həddindən artıq içki içməsi ilə məşhur olan birisi olub. Ölümü ilə bağlı yazılan yazılardan bəlli olur ki, bir gün o, bir ziyafətdə çox içsə də, masadan qalxıb tualetə getməyib. Nəticədə onun sidik kisəsi yemək masası arxasında partlayıb. Bu hadisə onun sonrakı 11 gün ərzində ağrı və əzab dolu ölümünə gətirib çıxarıb.
Horasi Uells
1840-cı illərdə anestezik dərmanların kəşfində qabaqcıl olan ixtiraçının ölümü bu günə qədər müəmmalı qalmaqdadır.
Bildirilir ki, anesteziya tədqiqatları zamanı müxtəlif qazlarla təcrübə aparan Uelss bir müddət sonra xloroforma aludə olub. Hətta o, 1848-ci ildə iki qadına sulfat turşusu çilədiyinə görə həbs edilib. Həbsxanadan yazdığı məktubda o, hərəkətlərinə görə hücumdan əvvəl qəbul etdiyi xloroformu günahlandırıb və bunu affekt vəziyyətində olaraq etdiyini bildirib. Hadisədən 4 gün sonra o, kamerasında ölü tapılıb. Məlumata görə, o, öncə özünü xloroformla anesteziya edib, daha sonra qasıq nahiyəsini ülgüclə kəsib.
Frensis Bekon
16-cı əsrin sonlarının ən nüfuzlu filosof, yazıçı və alimlərindən biri olan F. Bekonun Şekspirin bəzi pyeslərini yazdığı barədə şayiələr bu günə qədər söylənilməkdədir.
Onun ölümü öz-özlüyündə qəribə bir hal üzündən baş verib.
Deyilənə görə, 1625-ci ildə günortadan sonra pəncərədən çovğuna baxarkən, Bekon qəfildən qarın duz kimi ətin qorunması üçün istifadə oluna biləcəyi barədə bir fikrə gəlib. Bunu öyrənmək üçün yaxınlıqdakı kənddən bir toyuq alan F. Bekon daha sonra çölə çıxıb toyuğu qarla dolduraraq onu dondurmağa çalışıb. Toyuğu dondurmaq çalışan filosofun özü soyuq qış günündə donaraq ölüb.
Jerom İrvinq Rodeyl
Üzvi qida hərəkatının banisi. “Orqanik kənd təsərrüfatı və bağ” jurnalının sahibi.
Maraq üçün qeyd edək ki, hər zaman sağlam qidalardan danışan aktivistin ölümü də çox qəribə olub. Belə ki, o, 1971-ci ildə 72 yaşında bir verilişdə “Şəkər yeyib dəli olan taksi sürücüsü mənə maşını ilə vurmasa, 100 yaşıma qədər yaşayacağam” dedikdən dərhal sonra yerə yıxılıb və ölüb. Ölümün səbəbinin infarkt olduğu sonralar müəyyən edilib. Məlumata görə, şounun həmin hissəsi heç vaxt televiziyada yayımlanmayıb.
Esxil
E.Ə. 500-cü illərində yaşamış yunan dramaturq Esxil də qəribə, amma bir o qədər də maraqlı vəziyyətdə ölüb. Qeyd edək ki, o, bir çox tarixçilər tərəfindən Yunan faciələrinin atası kimi tanınır.
Rəvayətə görə, qartallar tutduqları tısbağaları qayalara atıb qabıqlarını qırmağı daim seviblər. Bir gün Esxil yolla gedərkən bir qartal keçəl olan Esxilin başının ovladığı tısbağanı parçalayacaq qaya olduğunu zənn edib. Qartalın atdığı tısbağa isə yunan alimin başına dəyərək onun yerindəcə ölməsinə səbəb olub.
Jim Fiks
Ən çox satılan “The Book of Running” kitabının müəllifi olan J. Fiks bu kitabdan sonra 1970-ci illərdə “jogging” modasını başladan şəxs olub.
Onun ölüm səbəbi isə qaçarkən infarkt keçirməsi olub. İnfarkt keçirdiyini hiss etməyən yazıçı daha sonra qaçışına davam edib və ikinci dəfə infarkt keçirərək yerindəcə vəfat edib.
İsveç kralı Adolf Frederik
1751-1771-ci illərdə İsveç kralı olan A. Frederik çox yemək yeməsi ilə məşhur olan bir şəxs olub.
Məlumata görə, Adolf Frederik bir gecədə xərçəng, kürü, duzlu kələm, 2 hisə verilmiş siyənək balığı və şampandan sonra isti südlə təqdim edilən Semla desertindən 14 porsiya yedikdən sonra partlamaya düşərək ölüb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız