“Tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz” -   Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz” - Vüqar Rəhimzadə

Hadisə

15 Fevral 2021 17:52 899


“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz perspektivlərlə yanaşı, Azərbaycanın bu Zəfərini şərtləndirən amillərə, ən əsası diplomatik müstəvidə qazandığı uğurlara nəzər salmağı da bir zərurətə çevirir. Vətən müharibəsində tarixi Zəfərimiz 30 ilə yaxın müddətdə münaqişənin hərbi, savaşın davam etdiyi dövrdə isə diplomatik müstəvidə həllinin mümkünsüzlüyünü bildirən Ermənistan hakimiyyətinə əsl həqiqəti çatdırdı. Bir daha işğalçıya və ona havadarlıq edənlərə sübut edildi ki, saxta tarix yazıb yalanları həqiqət kimi qəbul etdirməyə çalışmaq, ən əsası beynəlxalq hüququn prinsiplərini arxa plana keçirib zamanın hakimliyini, tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri rəşadətli ordumuz qarşısında diz çökdü, Nikol Paşinyan ölkəsinin kapitulyasiya aktına imza atdı, Azərbaycanın siyasi Qələbəsini təsdiqlədi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə və paralel olaraq ötən dövrdə münaqişənin həlli istiqamətində atılan addımlara yönəldərək bildirib ki, dövlətimizin başçısı daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb: “Möhtərəm Prezidentimizin 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə sarsıdıcı diplomatik zərbə oldu”.  Dördpendirli pizza

“Möhtərəm Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də dövlətimizin başçısı bir daha qarşı tərəfə sözün əsl mənasında tarix və hüquq dərsi keçdi” söyləyən baş redaktor bildirib ki, dövlətimizin başçısı “Biz həqiqətləri söyləməliyik” fikrinin ardınca tarixə nəzər salıb Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlar əsasında bir daha beynəlxalq auditoriyaya çatdırdığı halda Ermənistanın baş naziri tarixlə bağlı mücərrəd fikirləri ilə özünü gülünc vəziyyətinə salmış, yeganə amalı, məqsədi iştirakçıların diqqətini yayındırmaq və çaşqınlıq yaratmaq olmuşdur.

Baş redaktor bildirib ki, artıq nəinki Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi həm qeyd olunan konfransda Azərbaycan liderinin səsləndirdiyi tarixi həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin, həm də bütövlükdə bu illər ərzində diplomatik müstəvidə qazanılan uğurlarımızın təqdimatı oldu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!