Tarkandan Azərbaycana dəstək - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tarkandan Azərbaycana dəstək - Foto

Şou

02 Oktyabr 2020 11:58 3471


Türkiyəli müğənni Tarkan da Azərbaycana dəstək olub.

Yenisabah.az xəbər verir ki, Dağlıq Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə biganə qalmayan sənətçi Azərbaycanda çəkilmiş görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, Bakıda keçirilən Formula 1 yarışlarında çəkilən görüntülərdə Azərbaycan bayrağının rəngləri əks olunub. Bununla da meqastar Azərbaycana dəstəyini ifadə edib. Marqarita pizza

Qeyd edək ki, son günlər Ermənistanın Azərbaycana qarşı təxribatlarını qınamaq və buna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əməliyyatlara dəstək məqsədilə qardaş Türkiyədə bir çox sənətçi sosial şəbəkə hesabında paylaşım edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!