Tarlada çalışanlar amansızlıqla qətlə yetirilib -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Tarlada çalışanlar amansızlıqla qətlə yetirilib - Foto

Dünya

30 Noyabr 2020 17:45 1529


Nigeriyanın şimal-şərqində qorxunc hadisə yaşanıb. Belə ki, Borno vilayətinin mərkəzi Maiduquri yaxınlığında düyü tarlasında çalışan 43 nəfər boğazı kəsilərək qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Nigeriya Prezidenti Məhəmmədi Buhari açıqlama verib. O, işçilərin terrorçular tərəfindən öldürülməsini şiddətlə qınadığını bildirib:

"Bütün ölkə bu mənasız cinayətlə sarsıldı. Bütün fikrim yas tutan ailələrin yanındadır". Pepperoni pizza

Terrorçuların hücumundan xilas olanlara kömək edən bir məmur 6 nəfərin yaralı olduğunu vurğulayıb. Daha sonra başqa cəsədlərin də tapıldığı açıqlanarkən hazırda hadisə qurbanlarının sayı tam bilinmir. Məlumata görə, hadisə zamanı 15 qadın oğurlanıb. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!