“Tarzan” öldü...

saytların hazırlanması

Evə çatdırılma

“Tarzan” öldü...

Hadisə

31 May 2021 08:30 1357


Amerika aktyoru, "Tarzan: macəraların tarixi" (“Tarzan: The Epic Adventures”, 1996-2000), teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında həlak olub.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bu barədə Rezerford dairəsi administrasiyasının saytında yayılmış açıqlamada bildirilir.

Qeyd edək ki, hadisə şənbə günü baş verib. Kiçik mühərrikli “Cessna C501” təyyarəsi ştatın şimalında gölə düşüb, qəza zamanı yeddi nəfər həlak olub. Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında Lara, həmçinin onun xanımı Qven Şamblin də var. Qadın ABŞ-da məşhur dietoloq idi. pizza

Lara həmçinin "Malibu xilasediciləri" ("Baywatch", 1989-2001) və "Konan" ("Conan", 1997-1998) seriallarında çəkilib.

Təyyarə Tennessidən Florida ştatına uçurmuş. Lakin sımaya qalxdıqdan qısa müddət sonra yerə düşüb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!