Tarzən vəfat etdi, nəşinə sahib çıxan yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Tarzən vəfat etdi, nəşinə sahib çıxan yoxdur

Hadisə

13 İyul 2021 01:32 1677


Bir müddət əvvəl "Elgizlə izlə" proqramına qatılaraq küçədə yaşadığını deyən tarzən Vahid Bağırov vəfat edib.

Yenisabah.az xəbər verir ki, parklarda yaşayan musiqiçi verilişin yaradıcı heyəti tərəfindən sığınacağa yerləşdirilmişdi. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

"Sığınacaqdan bildirilib ki, mərhumun nəşinə sahib çıxan olmayıb. Kitab oxuyurmuş, qoyub kənara yatıb. Elə yuxuda keçinib. Səhər sığınacağın işçiləri gəliblər ki, yemək versinlər. Görüblər ki, keçinib. Gecə yatıb səhər oyanmayıb" deyə, aparıcı Elgiz Əkbər bildirib. Sezar pizza

Aparıcı əlavə edib ki, musiqiçinin cəsədi hələ də morqdadır. O, mərhumun qohumlarına səslənərək "Bütün xərci bizim kanal ödəyəcək. Bakı kəndlərindən birindəndir. Kimsəsizlər qəbiristanlığında dəfn olunmasın. Qohumlar sahib çıxsın, valideynlərinin yanında dəfn olunsun" sözlərini söyləyib.

Qeyd edək ki, V.Bağırov həyat yoldaşından ayrılıb. Övladları və keçmiş xanımı ondan imtina edib./Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!