Rusiyanın Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov dekabrın 16-da Bakıya işgüzar səfərə gəlib.
"Report"un respublika başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan tərəfinin dəvəti ilə həyata keçirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qarşılayıblar. pizza hut
R.Minnixanovun proqramına bir sıra müəssisələrə səfərlər, həmçinin rəsmi görüşlər və işgüzar danışıqlar daxildir.
Telegram kanalımız