Tatlısəsin təcavüzünə uğradığını dedi, məhkəmə cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Tatlısəsin təcavüzünə uğradığını dedi, məhkəmə cərimələdi

Şou

18 Fevral 2020 14:11 701


Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs və oriental rəqqasə Sibel Gökçe arasındakı məhkəmə başa çatıb. Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə müğənninin lehinə qərar çıxarıb. Xatırladaq ki, rəqqasə ilk dəfə "Aramızda Kalsın" verilişində 20 yaşında olarkən Tatlısəs tərəfindən təcavüzə uğradığını açıqlayıb. Bundan sonra Tatlısəs onu məhkəməyə verərək təzminat istəyib. Etibarının sarsıldığını deyən ifaçı 60 min lirə (16,848 AZN) təzminat tələb edib. Məhkəmənin yekun qərarına görə, S.Gökçe Tatlısəsə böhtan atdığı üçün 12 min lirə (3,369 AZN) təzminat ödəyəcək.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!