Mayk Tayson və Cek Pol arasında baş tutan döyüşdə “round girl” kimi çıxış edən model xanım Sidney Tomas diqqət çəkib. 20 yaşlı fotomodel bütün dünyanın diqqətini çəkən qarşılaşmadan sonra “Instagram” səhifəsində izləyici sayını təxminən 6 dəfəyədək artırmağı bacarıb.
Yenisabah.az xəbər verir ki, Sidney Tomasın matçdan öncə izləyici sayı 90 min olub. Döyüşün raund təqdimatındakı iştirakından sonra modelin “follow” sayı nə az nə çox, 539 mini ötüb.
Bir gecədə populyar olan gənc modelin bundan sonrakı boks matçlarında çıxış edib-etməyəcəyi məlum deyil. Lakin Sidney Tomasa kommersiya təkliflərinin artmasını rahatlıqla qeyd etmək olar. pizza
Nazim Hacıyev
Telegram kanalımız