“Tbilisi həmişəki kimi İrəvanı yenə rədd edəcək“ - Giya Kuçava

saytların hazırlanması

Evə çatdırılma

“Tbilisi həmişəki kimi İrəvanı yenə rədd edəcək“ - Giya Kuçava

Rəsmi

30 Avqust 2021 15:54 844


"Gürcüstan 1993-cü ildə separatçı bölgələrdən keçən bütün yolları bağladıqdan sonra, Ermənistan hər il İrəvanı istisna etməyi xahiş edir və istəyir ki, erməni tərəfi Abxaziya və Cənubi Osetiyadan keçən tranzitdən istifadə etsin".

Yenisabah.az xəbər verir ki, bu sözləri gürcüstanlı analitik Giya Kuçava Oxu.Az-a açıqlamasında deyib.

“Hesab edirəm ki, Tbilisi həmişə olduğu kimi İrəvanı rədd edəcək. Bu sırf mənim fikrim deyil, Gürcüstan ictimaiyyətinin əksəriyyəti belə düşünür. Eyni zamanda, Nikol Paşinyana İrma İnaşvili və David Tarxan-Mouravinin başçılıq etdiyi “Gürcüstan vətənpərvərləri Alyansı” kimi açıq rusiyapərəst siyasi təşkilatlar tərəfindən dəstək veriləcəyini istisna etmirəm”, - deyə o qeyd edib. pizza sifarişi

Analitik vurğulayıb ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti Gürcüstanın işğal olunmuş bölgələrinin Ermənistan tranziti üçün istifadəsinə qarşı çıxır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!