Tbilisi məhkəməsi iğtişaş rəhbərlərinin həbsinə qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Tbilisi məhkəməsi iğtişaş rəhbərlərinin həbsinə qərar verdi

Dünya

07 Oktyabr 2025 14:49 333


Tbilisi şəhər məhkəməsi oktyabrın 4-də Gürcüstan prezidentinin iqamətgahına basqın və 30-a yaxın polis əməkdaşının yaralanması ilə nəticələnən hücumun təşkilatçılarına qarşı həbs qətimkan tədbiri seçib.

Yenisabah.az xəbər verir ki, həbs olunanlar “Rustaveli prospekti” ictimai hərəkatının liderləri opera müğənnisi Paata Burçuladze, keçmiş baş prokuror Murtaz Zodelava, “Vahid Milli Hərəkat”ının üzvü İrakli Nadiradze, “Strategiya Aqmaşenebeli” partiyasının liderlərindən biri Paata Mancqaladze və ehtiyatdaolan polkovnik Laşa Beridzedir.

Onlar strateji və xüsusi obyektləri ələ keçirmək və blokadaya almaq, qrup zorakılığını təşkil etmək və onlara rəhbərlik etmək, Gürcüstanın konstitusiya quruluşunu dəyişdirməyə və dövlət hakimiyyətini devirməyə çağırmaq təqsirləndirilirlər. pizza

İttiham olunan şəxsləri 9 ilə qədər həbs gözləyir.

Oktyabrın 6-da baş vermiş iğtişaşaın daha 13 iştirakçısının məhkəməsi gözlənilir. DİN-in məlumatına görə, iğtişaşın daha 2 iştirakçısının axtarışı davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!