Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Kriminal

03 May 2026 18:31 81


Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsinin əməkdaşları odlu silah və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü R.M.-ni saxlayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun bildirdiyinə görə, polis təqsirləndirilən şəxsin müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı maddi sübut kimi odlu silah tipli tapançalar, döyüş patronları və daraqlar götürüb.

Hüquq-mühafizə orqanları tərəfindən həmçinin marixuana və psixoaktiv maddə olan "bio" da müsadirə edilib.

"İstintaq Cinayət Məcəlləsinin 236 və 260-cı maddələri ilə aparılır ki, bu da 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!