Tbilisidə azərbaycanlının qətli ilə bağlı saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə azərbaycanlının qətli ilə bağlı saxlanılan var

Hadisə

23 May 2021 14:55 1318


Tbilisidə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.

Yenisabah.az xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər. Pepperoni pizza

İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, ötən gecə Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda yerli gənclər arasında dava baş verib. Köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib, daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib, onların vəziyyətinin ağır olduğu bildirilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!