Tbilisidə iğtişaşların təşkilatçıları saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə iğtişaşların təşkilatçıları saxlanılıb

Dünya

05 Oktyabr 2025 12:00 346


"Tbilisi polisi paytaxtda etiraz aksiyalarının beş təşkilatçısını saxlayıb".

Yenisabah.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bunu Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daravelidze deyib.

Onun sözlərinə görə, saxlanılanlar ictimai xadim Paata Burçuladze, "Milli Hərəkat" partiyasının üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaza Zodelava, "Strategiya Ağmaşenebeli" partiyasının üzvü Paata Mancqaladze və polkovnik Laşa Beridzedir. pizza sifarişi

O, həmçinin əlavə edib ki, saxlanılan şəxslər Gürcüstanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə və ya dövlət hakimiyyətini devirməyə çağırışlar etmək, qrup şəklində zorakılığın təşkili, rəhbərliyi və ona qoşulmaqda ittiham olunurlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!