Tbilisidə insitdent: “Niyə gürcü dilini bilmirsən?”

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə insitdent: “Niyə gürcü dilini bilmirsən?”

Dünya

25 Sentyabr 2025 09:59 263


Gürcüstanda yaşayan soydaşımızın kafesinə yaxınlaşan müştəri "Niyə gürcü dilini bilmirsən?" - deyərək mübahisə edib və odlu silah çıxarıb.

Yenisabah.az xəbər verir ki, silahlı insident Tbilisidə yerləşən kafenin qarşısında baş verib.

Kafe sahibi deyir ki, 2 şəxs obyektimə yaxınlaşaraq, əməkdaşımıza etnik zəmində təhqiramiz suallar veriblər: Pepperoni pizza

"Onlardan biri "Marneulidənsən, nə üçün gürcü dilini bilmirsən?" deyə soruşub. Əməkdaşımız isə cavab olaraq bildirib ki, bəli, Marneulidənəm, gürcü dilini də kifayət qədər bilirəm. Buna cavab olaraq, həmin şəxs "Sən mənə cavab qaytarırsan?" deyərək silah çıxarıb".

Hadisə yerinə polis gəlib. Araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!