Gürcüstan Dövlət Təhlükəsizliyi əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında İŞİD üzvü olan Tsiskar Toxosaşvilini saxlayıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, Toxoşaşvili 2015-ci ildə Gürcüstanı tərk edərək nüfuzlu şəxs hesab edildiyi İŞİD sıralarına qoşulub. O, dəstələrdən birinə rəhbərlik, Suriya və İraqda döyüş əməliyyatlarında iştirak edib, terror təşkilatının liderləri ilə fəal əlaqədə olub.
Saxlanılan şəxsi Gürcüstanda 10 ildən 17 ilədək həbs cəzası gözləyir. Pepperoni pizza
2019-cu ildə İŞİD sıralarında da döyüşən Toxoşaşvilinin kiçik qardaşı Sezar Toxoşvili Gürcüstanda saxlanılıb və hazırda Gürcüstan həbsxanasında uzunmüddətli həbs cəzası çəkir.
Telegram kanalımız