Tbilisidə Zəfər Gününə həsr olunan fleşmob keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Tbilisidə Zəfər Gününə həsr olunan fleşmob keçirildi - Fotolar

Rəsmi

07 Noyabr 2021 14:56 1005


Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Rike parkında 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə fləşmob təşkil olunub.

Yenisabah.az xəbər verir ki, üzərində Zəfər simvolu - Xarı bülbülün təsviri olduğu maykalar geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkiz guşəli ulduzun yer aldığı karton lövhələrdən Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.

Fleşmob Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Sezar pizza

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!