Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarında gecikmə olub.
“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Oxu.az-a qatarda olan sərnişinlər məlumat verib.
Bildirilib ki, gecikməyə səbəb kimi sıxlığın çox olması ilə bağlı qoşulmuş əlavə vaqonlarda yaranmış nasazlıq göstərilib. Dördpendirli pizza
Dünən axşam 20:35-də Tbilisdən hərəkət edən qatar 07:20-də Bakıda çatmalı olduğu halda, amma qatar 12:12-də mənzil başına çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.
Telegram kanalımız