Teatr direktoru 49 min pul mənimsəyib

saytların hazırlanması

Evə çatdırılma

Teatr direktoru 49 min pul mənimsəyib

Kriminal

19 Oktyabr 2021 18:01 1315


Qax rayon Dövlət Kukla Teatrının keçmiş direktorunun qanunsuz əməli ifşa olunub. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Qax rayon Dövlət Kukla Teatrında mənimsəmə faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. Pepperoni pizza

İstintaqla müəyyən edilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.

İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.

Elə bu səbəbdən mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb, Nazim Mahmudov işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!