Teatr direktorundan şikayət: “İftixar Piriyevi dayandırmaq lazımdır!”

Teatr direktorundan şikayət: “İftixar Piriyevi dayandırmaq lazımdır!”

Mədəniyyət Veb saytların hazırlanması

12 Sentyabr 2023 17:32 1958


Jurnalist Turan Etibaroğlu İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktoru İftixar Piriyev bağlı mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb:

“İftixar Piriyev o qədər vəzifə aludəçisi olub ki, gözü heç nəyi görmür! O vəzifə səlahiyyətlərini aşır. Adam artıq dövlət qulluqçusuna, özündən vəzifəcə böyük xanıma hücuma keçib. "Facebook"da küçə söyüşləri ilə təhqir yazır, böhtan atır. Bir xanıma qarşı iyrənc hərəkətlər edir. Bu toxunulmazlığı ona kim verib? Xanımın məmur olmasını kənara qoyuram. Qadına qarşı təhqirlər yolverilməzdir. Bu hərəkətin bircə adı var "Mən heçkimi saymıram". Sabah naziri, onun müavinlərini, bütün nazirliyi təhqir etsə, təəccüblənmərəm".

Daha sonra T. Etibaroğlu yazır: "Cənab nazir Adil Kərimli hüquqşünasdır. İnşallah, bu tərbiyəsizliyin hüquqi bir yolu olacaq! İftixar Piriyevi dayandırmaq lazımdır.  

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, sizə səslənirəm, direktoru dayandırın!”

Qeyd edək ki, Teatr direktoru "Facebook" səhifəsində Vəfa adlı xanım haqqında təhqir dolu statuslar yazır. Həmin şəxsin isə Mədəniyyət Nazirliyinin sektor müdiri Vəfa Novruzova olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!