Təbələr II ixtisas qrupunda bu ixtisasları seçə biləcəklər - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Təbələr II ixtisas qrupunda bu ixtisasları seçə biləcəklər - SİYAHI

Sosial

07 Fevral 2020 20:41 1458


Azərbaycanda II ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 4 yeni ixtisas yaradılıb.

"Yeni Sabah" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Sənayenin təşkili və idarə olunması, Kommersiya, Turizm və otelçilik ixtisasları ləğv edilib. II ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Beynəlxalq ticarət və logistika, Mühasibat, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra II ixtisas qrupuna aşağıdakı 21 ixtisas daxildir:  /APA Toyuqlu pizza

 1. Coğrafiya müəllimliyi

2. Tarix və coğrafiya müəllimliyi

3. Beynəlxalq münasibətlər

4. Regionşünaslıq (regionlar üzrə)

5. Sosiologiya

6. Beynəlxalq ticarət və logistika

7. Biznesin idarə edilməsi

8. Davamlı inkişafın idarə edilməsi

9. Dövlət və bələdiyyə idarəetməsi

10. İqtisadiyyat

11. Maliyyə

12. Marketinq

13. Menecment

14. Mühasibat

15. Statistika

16. Coğrafiya

17. Hidrometeorologiya

18. İdman menecmenti və kommunikasiya

19. Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)

20. Turizm bələdçiliyi

21. Turizm işinin təşkili


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!