TƏBİB Ağdamda zorakılığa məruz qalan körpələrin vəziyyətini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Ağdamda zorakılığa məruz qalan körpələrin vəziyyətini açıqladı

Sosial

29 Avqust 2025 16:27 345


Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpələrin vəziyyəti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, TƏBİB-dən məlumat verilib.

2023-cü il təvəllüdlü azyaşlının (kişi) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Dördpendirli pizza

Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır.

Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı aidiyyəti üzrə təhvil verilib. 

Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!