TƏBİB Astarada 17 yaşlı gəlinin ölüm səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Astarada 17 yaşlı gəlinin ölüm səbəbini açıqladı

Sosial

29 Oktyabr 2025 13:34 310


Dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Dominos pizza

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!