TƏBİB Cabir İmanovun ölümü ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Cabir İmanovun ölümü ilə bağlı məlumat yaydı

Sosial

29 Sentyabr 2025 15:10 2993


Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün dünyasını dəyişib.

Yenisabah.az-ın sorğusuna cavab olaraq TƏBİB Əməkdar artistin qəfil vəfatı ilə bağlı məlumat verilib. 

Açıqlamada bildirilib: Marqarita pizza

“29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!