TƏBİB-dən Hadı Rəcəblinin koronavirusa yoluxması ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən Hadı Rəcəblinin koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Sağlamlıq

13 İyun 2020 17:57 1935


Milli Məclisin keçmiş deputatı, Parlamentin Əmək və sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəblinin koronovirusa yoluxması barədə xəbərlər yayılıb. Belə ki, Lənkəran şəhər sakinlərinin sosial şəbəkədə qeyd etdiyinə görə, bir neçə gün əvvəl Hadi Rəcəblinin səhhəti qəfil pisləşərək xəstəxanaya yerləşdirilib, ona koronovirusa yoluxma diaqnozu qoyulub.

Yenisabah.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva isə qeyd edilən məlumatları nə təsdiq, nə də təkzib edib:

“Mən dəfələrlə qeyd etmişəm ki, koronavirusa yoluxub, yoluxmadığı barədə heç kimin şəxsi məlumatları paylaşılmır. Hadı müəllimlə bağlı da məndə məlumat yoxdur. Biz belə məsələləri ümumiyyətlə araşdırmırıq. Xəstədirsə, müalicəsini alacaq, deyilsə, şayiə yayılıb. Bu mövzunu araşdırmadığımıza görə, yazılan məlumatları nə təsdiq, nə təkzib edirik”. /Modern.az Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!