TƏBİB-dən “Nikosayağı”nın düşdüyü qəza ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-dən “Nikosayağı”nın düşdüyü qəza ilə bağlı açıqlama

Hadisə

15 Avqust 2023 09:04 2989


Bakıda ağır yol qəzasında xəsarət alan və amputasiya diaqnozu qoyulan tanınmış bloger Nicat Şakirliyə zəruri tibbi xidmətlər göstərilir. 

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən bildirilib. 

Belə ki, saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.  pizza sifarişi

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir. 

Qəza nəticəsində 1 həkiməqədər ölüm qeydə alınıb. 

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan Nicat Şakirli sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan blogerdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!