TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı -   EKSKLÜZİV

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - EKSKLÜZİV

Sosial

14 Oktyabr 2025 15:15 5870


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Milli Məclisin deputatı Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə bağladığı müqavilənin maliyyə dəyərini 66,7 faiz azaldıb.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, müqavilə deputatın oğluna məxsus ofis və anbar kompleksinin icarəsi ilə bağlıdır.

Sözügedən ofis və anbar kompeksi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Abşeron küçəsi, 142 D ünvanında yerləşir. Sezar pizza

TƏBİB son bir neçə ildir ki, dərman preparatlarının saxlanması üçün həmin anbarı icarəyə götürüb və hər il ənənəvi olaraq müqavilənin müddəti uzadılıb.

Bu günlərdə TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi həmin ofis və anbar kompleksinin icarəyə götürülməsi xidməti ilə bağlı O.Cavanşirlə 392 000 manat dəyərində müqavilə bağlayıb.

Baxmayaraq ki, 2021, 2023, 2024-cü illərdə ümumi sahəsi 12,552.30 m2 olan həmin ofis və anbar kompleksinin icarə haqqı ilə bağlı O.Cavanşirlə bağlanılmış müqavilənin dəyəri həmişə 1 milyon 176 min manat olub.

Beləliklə, əvvəlki illərlə müqayisədə TƏBİB-in ofis və anbar kompleksinin icarəsi ilə bağlı Orxan Cavanşirlə bağladığı müqavilənin maliyyə dəyəri 784 000 manat və ya 66,7 faiz azalıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!