TƏBİB Gəncədə körpə ölümünə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB Gəncədə körpə ölümünə dair məlumat yaydı

Hadisə

09 Mart 2025 13:41 249


Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında deyilir.

Hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib. pizza sifarişi

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Bbirləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.

Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.

Bu, ananın 4-cü doğuşu olub.

Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!