TƏBİB-in yeni qərarı minlərlə xəstəni dərmansız qoyur? -   QURUMDAN RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-in yeni qərarı minlərlə xəstəni dərmansız qoyur? - QURUMDAN RƏSMİ AÇIQLAMA

Sosial

24 İyun 2025 10:11 6067


Serebral iflic və epilepsiyadan əziyyət çəkən xəstələrin dərman təminatı ilə bağlı ciddi problem yaşanıb. Şikayətçilər bildirir ki, dövlət tərəfindən verilən həyati əhəmiyyətli dərmanlar artıq ödənişli şəkildə, apteklərdən əldə olunmalıdır.

Şikayətçilər məsul qurumlardan – TƏBİB və Səhiyyə Nazirliyindən dərman təminatının bərpası ilə bağlı məsələni təcili şəkildə araşdırmalarını tələb edib.

Məsələ ilə bağlı Yenisabah.az-ın sorğusuna cavab verən TƏBİB bildirilib ki, əlilliyi təyin edilən imtiyazlı şəxslərin dərmanla təmin olunması istiqamətində mütəmadi zəruri addımlar atılır: pizza hut

“Tibb müəssisələrinin dərman təminatı mövcud qanunvericilik və satınalma qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilən dərman preparatlarının təmin edilməsi ilə bağlı sənədləşmə işləri hazırda yekunlaşma mərhələsindədir. Sənədləşmə tamamlandıqdan sonra dərmanlar tibb müəssisələrinə göndəriləcək”.

Hazırda prosesin hansı müddətdə başa çatacağı ilə bağlı dəqiq vaxt göstərilməsə də, ümid edilir ki, ağır diaqnozlu xəstələrin dərman təminatı qısa zamanda bərpa olunacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!